Almaniyanın "Bayer" klubu yarımmüdafiəçisi Yulian Baumqartlingerlə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
31 yaşlı avstriyalı futbolçu ilə yeni müqavilənin müddəti 2021-ci ilin yayında başa çatacaq. Əvvəlki müqavilə isə bu mövsümün sonuna qədər idi.
 
Almaniyanın "1860 Münhen" klubunun yetirməsi olan, Vyana "Austriya"sının da şərəfini qoruyan Baumqartlinger "Bayer"ə 2016-cı ildə "Maynts"dan transfer olunub. O, bu komandada 65 oyun keçirib, 1 qol vurub.
 
2009-cu ildən Avstriya yığmasına dəvət alan yarımmüdafiəçi millidə də 63 oyuna 1 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest