Fransanın bu il ev sahibliyi etdiyi qadınların dünya çempionatı izləyici rekordu qırıb. Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
 
Belə ki, sözügedən mundialı 1.12 milyard şəxs televiziya vasitəsilə canlı olaraq izləyib. Bu isə turnirin tarixi üçün rekord göstəricidi.
 
ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gələrək tarixində 4-də dəfə çempion olduğu final görüşünə isə 260 milyon insan baxıb. Bu, dünya çempionatları tarixində ən çox izlənilən matç olub.
 
Qeyd edək ki, bundan əvvəlki rekord Kanadada keçirilən Dç-2015-ə məxsus idi - 764 milyon izləyici.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest