"Fənərbaxça"ya tətbiq olunan transfer qadağası aradan qaldırılıb.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.

Bildirilir ki, FIFA tərəfindən İstanbul təmsilçisinə qoyulan məhdudiyyət rəsmən ləğv edilib.

Mərakeşli hücumçu Yussef En-Nesirinin keçidi zamanı transfer məbləğinin ödənişində yaşanan gecikmə səbəbindən "sarı-lacivərdlilər"ə 3 "transfer pəncərəsi"ni əhatə edən cəza verilmişdi. Müvafiq maliyyə öhdəliklərinin yerinə yetirilməsindən sonra bu qadağa qüvvədən düşüb.

Rəsmi prosedurların tamamlanması ilə Türkiyə klubunun adı FIFA-nın sanksiya tətbiq edilən komandalar siyahısından çıxarılıb. Bununla da "Fənərbaxça"nın növbəti transfer dönəmlərində yeni futbolçuları qeydiyyata alması üçün qarşısında heç bir hüquqi əngəl qalmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest