"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi İspaniya Sequndasında çıxış edən "Eldense" klubunun sahibi olub.
Matc.az xəbər verir ki, bu barədə "Eldense" klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, "Deportivo Eldense" rəhbərliyi Lionel Messinin komandanı satın aldığını rəsmən elan edib. Klubun rəsmi bəyanatında bu hadisənin 100 ildən çox olan tarixdə yeni bir mərhələnin başlanğıcı olduğu vurğulanıb. Messinin gəlişi ilə klubun həm idman sahəsində, həm də struktur baxımından inkişaf etdirilməsi hədəflənir.
1921-ci ildə əsası qoyulan "Eldense" öz köklərini, tarixini və "göy-qırmızı" rənglərini tamamilə qoruyub saxlayacaq. Hazırda bu sövdələşmənin rəsmiləşməsi üçün son prosedurlar yerinə yetirilir.
Cari mövsümdə Sequndada keçirdiyi 7 oyundan sonra cəmi 5 xal toplayan komanda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.













