Avropa Liqasının qrup mərhələsinin IV turunun “Vorskla” – “Qarabağ” matçının ikinci hissəsi xoşagəlməz hadisə ilə əlamətdar olub. Matç.az saytı xəbər verir ki, qarşılaşma iki dəfə dayandırılıb və yenidən davam etdirilib.

01:08.

Matç 50-ci dəqiqədə dayandırılıb. Buna yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, onları meydana atması səbəb olub. Görüşün hakimləri matçı bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb.

Poltava klubunun futbolçuları Aleksey Butovski adına stadionun tribunalarına yaxınlaşıb azarkeşləri sakitləşdirdikdən sonra görüş davam etdirilib.

Qeyd edək ki, hazırda “Qarabağ” 1:0 hesabı ilə öndədi.

***

01:23.

64-cü dəqiqədə hadisələr yenidən təkrarlanıb. Bu dəfə azərbaycanlı fanatlar "fərqlənib". Hakim futbolçuları meydandan çıxarıb. Komandalar soyunub-geyinmə otaqlarına yollanıblar. Stadionu isə tüstü bürüyüb.

***

01:28.

Qarşılaşma təxminən 8 dəqiqədən sonra davam etdirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest