Türkiyənin "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" klubları "İnter"in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun vəziyyətini izləyir.
Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.
Bildirilir ki, ilk növbədə "Qalatasaray", həmçinin "Fənərbaxça" və "Beşiktaş" 32 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Bununla yanaşı, Çalhanoğlu ilə "Yuventus" da maraqlanır. Turin klubu bir neçə aydır ki, türkiyəli yarımmüdafiəçini müşahidə edir.
Çalhanoğlu ilə "İnter" arasında yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş olmasa, vəziyyət dəyişə bilər. Tərəflər sözləşmənin müddətinin uzadılması məsələsində ortaq məxrəcə gələ bilməsələr, "Yuventus" futbolçu uğrunda mübarizəyə qoşula bilər.
Qeyd edək ki, Çalhanoğlu 2021-ci ildən "İnter"də çıxış edir. Onun Milan klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.













