Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.
 
Bu dəfə iki paytaxt təmsilçisi - "Səbail" və "Keşlə" klubları üz-üzə gəlib. İlk dövrədə baş tutan oyunda bu rəqibinə 1:2 hesabıyla uduzan "Keşlə" həmin məğlubiyyətin qisasını almağı hədəfləmişdi. "Səbail" isə növbəti dəfə bu uğurunu təkrarlamaq üçün meydana çıxmışdı. Amma X turun açılış matçında olduğu kimi, bu qarşılaşmada da qapılara qol vurulmayıb.
 
Xatırladaq ki, turun açılış matçında lider "Qarabağ" səfərdə "Neftçi" ilə qolsuz heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək "Qəbələ" – "Sabah" və "Zirə" – "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
X tur
2 noyabr

"Səbail" – "Keşlə" 0:0
"ASCO Arena". Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev.
 
Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 22. Mirabdulla Abbasov, 6. Maykl Esyen, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest