"Azərbaycanla matçda 1:0 hesabı ilə öndə olduqdan sonra da nəzarət bizdə idi. Rəqib müdafiəyə qapanmışdı və onu yarmaq asan deyildi. Onlara meydanın bizə aid hissəsinə keçməyə şərait yaratdıq və bundan istifadə etdik".

"Seçmə mərhələdə nəticələr daha yaxşı ola bilərdi. Uelslə ev matçında qələbə qazana bilməməyimiz bizi məyus etdi. Hətta Xorvatiyada da xal qazanmaq imkanımız oldu. Bunları bacarsaydıq, indi Avropa çempionatına yollanmışdıq". Matc.az saytının məlumatına görə, bu sözlər Slovakiya yığmasının müdafiəçisi Milan Şkrinyara məxsusdu.

"İnter"in futbolçusu yerli mətbuata açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirilən oyunu (2:0) dəyərləndirib. Şkrinyar bu qalibiyyətə sevinmədiklərini vurğulayıb: "Azərbaycanla matçda 1:0 hesabı ilə öndə olduqdan sonra da nəzarət bizdə idi. Rəqib müdafiəyə qapanmışdı və onu yarmaq asan deyildi. Onlara meydanın bizə aid hissəsinə keçməyə şərait yaratdıq və bundan istifadə etdik. Sanki başqa oyunda qələbə qazanmışıq kimi, heç kim qələbəyə sevinmirdi. Avropa çempionatına vəsiqə qazana bilmədiyimiz üçün səbirsizləndiyimiz bir şey yoxdu. Paralel keçən matçın nəticəsi bizə kömək etmədi. Zəif komanda olduğumuzu düşünmürəm".

Qeyd edək ki, E qrupunda Xorvatiya və Uels ilk iki yeri tutaraq AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest