"Azərbaycan bütünlüklə müdafiədə oturduğu üçün onlara qarşı çox ağır bir oyun oldu. İlk qolu vaxtında vura bildik. Ancaq həmin andan etibarən meydanda görəcəyimiz başqa bir iş yox idi. Seçmə mərhələdə birinci dəfə start heyətində yer almışdım".

"Başqa oyunun nəticəsini gözləyərək qələbə qazanmalı idik. Təəssüf ki, bizim üçün əlverişli vəziyyət deyildi". Matc.az xəbər verir ki, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Matuş Bero deyib.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Trnavada Azərbaycan millisini qəbul edən slovaklar 2:0 hesablı qələbəyə baxmayaraq, qrupu 3-cü pillədə tamamlayıb.

Qarşılaşma ilə bağlı fikir bildirən 24 yaşlı oyunçu öz performansını da dəyərləndirib: "Azərbaycan bütünlüklə müdafiədə oturduğu üçün onlara qarşı çox ağır bir oyun oldu. İlk qolu vaxtında vura bildik. Ancaq həmin andan etibarən meydanda görəcəyimiz başqa bir iş yox idi. Seçmə mərhələdə birinci dəfə start heyətində yer almışdım. İlk 10-15 dəqiqədə ayaqlarım bağlandı. Ancaq sonradan rahatlaşdım. öyrəşmədiyim mövqedə oynasam da, özümü yaxşı hiss etdim".

Qeyd edək ki, Slovakiya yığması Avropa çempionatının final mərhələsinə vəsiqə şansını davam etdirmək üçün əvvəlcə pley-offun yarımfinalında İrlandiyaya qalib gəlməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest