"Xorvatiyada 1:0 hesabı ilə öndə idik. Luka Modriç korner vurmağa hazırlaşırdı ki, yerli azarkeşlər hesabda geridə olan komandalarını çılğın şəkildə dəstəkləyir, mahnı oxudular. Ancaq Azərbaycanla matçda sürəti artırmaq çətin olsa belə, qələbə qazanmağı bacardıq".

"Komanda üçün bu duruma düşmək asan deyil. Ətrafımdakılar dünya səviyyəli oyunçulardı və onlar hörmətə layiqdilər". Matc.az xəbər verir ki, bu sözləri Slovakiya yığmasının müdafiəçisi David Hançko deyib.

22 yaşlı sol cinah oyunçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən dünənki oyunu dəyərləndirib.

"Fiorentina"nın üzvü azarkeşlərin onları fitə basmasından məyus olduğunu vurğulayıb: "Xorvatiyada 1:0 hesabı ilə öndə idik. Luka Modriç korner vurmağa hazırlaşırdı ki, yerli azarkeşlər hesabda geridə olan komandalarını çılğın şəkildə dəstəkləyir, mahnı oxudular. Ancaq Azərbaycanla matçda sürəti artırmaq çətin olsa belə, qələbə qazanmağı bacardıq. Rəqib cəmi 2 dəfə qapımız qarşısında təhlükəli vəziyyət yaratdı. Bunu nəzərə almasaq, Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik. Azarkeşlər bir qol və ya 5 dəqiq zərbə tələb edə bilərlər. Ancaq bunu daim etmək mümkün deyil. Hətta belə bir oyun da bizə kömək edə bilər. Bəzən 1:0 və ya 2:0 hesabı ilə qalib gəlmək vacibdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest