Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qarşıdan gələn Avropa çempionatının final mərhələsində futbol qaydalarında dəyişikliklər etməyi planlaşdırır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təklif əlavə əvəzlənmə ilə bağlıdı.

Belə ki, oyunlar zamanı beyin silkələnməsindən şübhəli futbolçular üçün mütləq müvəqqəti dəyişikliklər tətbiq oluna bilər. Yəni baş məşqçilərə bu baxımdan üstünlük veriləcək. Ancaq meydandan kənardakı ilkin tibbi müayinənin ardından oyunçuda şübhəli bir məqam ortaya çıxmasa, o, oyuna dönə bilər. Təklifə illik toplantıda baxılacaq.

Qeyd edək ki, AVRO-2020 gələn il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində keçiriləcək. A qrupunun 3, 1/4 final mərhələsinin isə 1 matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest