İngiltərənin "Everton" klubu baş məşqçisi Marko Silvanı istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Portuqaliyalı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Son olaraq "Liverpul"a 2:5 hesabıyla uduzan Mersisayd təmsilçisinin rəhbərliyi çıxış yolunu baş məşqçi dəyişikliyində görüb.
 
Qeyd edək ki, "Everton" bu mövsüm 15 oyunda 9 məğlubiyyətlə üzləşib. 4 qələbə və 2 heç-heçəsi olan komanda 14 xalla 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest