İsveçrə millisinin AVRO-2020-yə hazırlıq proqramı müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda turnir öncəsi iki yoldaşlıq görüşü keçirəcək.

Belə ki, isveçrəlilər mayın 31-də Bazeldə Almaniyanı, iyunun 4-də Sankt-Qallendə Lixtenşteyni qəbul edəcək. Komandaiyunun 8-də Sürixdən Bakıya yola düşəcək, Uelslə ayın 13-də baş tutacaq A qrupunun ilk görüşünün hazırlığına başlayacaq. Qarşılaşmanın ertəsi günü Vladimir Petkoviçin kollektivi Romaya səfər edəcək. İyunun 17-də İtaliya ilə baş tutacaq matçdan iki gün sonra yenidən Bakıya qayıdacaq komanda ayın 21-də Türkiyə ilə keçiriləcək son oyuna hazırlaşacaq.

İsveçrəlilər Romadan fərqli, Bakıda otel və təlim-məşq bazası seçməyə tələsmir. Onlar bunun üçün Türkiyə və Uels nümayəndələrinin seçimini gözləyir və yalnız bundan sonra qərar qəbul edəcəklər.

İsveçrə millisi martın 23-də və 31-də daha iki yoxlama görüşü planlaşdırır. Lakin rəqiblər və qarşılaşmanın keçiriləcəyi stadionlar hələlik bəlli deyil. İlkin ehtimal hər iki görüşün Qətərdə keçirilməsidi. Mümkün rəqiblər isə Xorvatiya, Belçika və Portuqaliyadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest