Avrokuboklarda qrup mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, baş tutan son qarşılaşmalardan sonra UEFA reytinqi açıqlanıb.

Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" son görüşündə evdə "Düdelanj"la bərabərə qalıb - 1:1. Bu, ölkəmizin aktivinə 0,250 xal əlavə edib. Halbuki komandamız qələbə qazansaydı, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Ölkəmiz cari mövsümü 3,375 əmsalla tamamlayıb.

Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,750-di. Hazırda Avropada 26-cı sırada qərarlaşan Azərbaycandan aşağıda olan ölkələrdən yalnız Bolqarıstan və Rumıniyanın 1 klubu mübarizəni davam etdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest