Çempionlar Liqasından sonra Avropa Liqasında da İngiltərə klublarının hamısı qrup səddini aşıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, son 10 ildə bir ilkdi.

Belə ki, sonuncu dəfə 2008-09 mövsümündə Premyer Liqa təmsilçilərinin hamısı həm Çempionlar Liqası, həm də Avropa Liqasında pley-offa adlamışdı. Bu mövsüm Çempionlar Liqasında "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Avropa Liqasında isə "Arsenal", "Mançester Yunayted" və "Vulverhempton" yoluna davam edib.

Çempionlar Liqasında 1/8, Avropa Liqasında isə 1/16 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.

Qeyd edək ki, ötən mövsüm hər iki turnirdə İngiltərə finalı yaşanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest