"çelsi" yarımmüdafiəçisi Villianı komandada saxlamaq niyyətindədi. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bunu londonluların baş məşqçisi Frenk Lempard deyib.

Gənc çalışdırıcı bildirib ki, Braziliya millisinin üzvünə cari mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaq təklif olunub: "Villian dünya səviyyəli futbolçudu. Onun tərzində oyunçuya çox ehtiyacımız var. Villian kimi futbolçuya sahib olduğumuz üçün şadam. Komanda yoldaşları da onu sevirlər. Bu üzdən futbolçuya yeni müqavilə təklif etmişik".

Qeyd edək ki, Villian bu mövsüm 17 matçda iştirak edib, 4 qol, 3 assistlə diqqət çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest