"Açılış matçında bütün dünyanın gözü olacaq. Yeni futbol mədəniyyəti formalaşdırırıq. İtaliyanı məğlub edə bilərik". Matc.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Təcrübəli mütəxəssis yerli mətbuata müsahibəsində komandasının Avropa çempionatındakı çıxışına münasibət bildirib. O, xüsusən də, Azərbaycanda oynamağın üstünlüyünü növbəti dəfə qabardıb: "Azərbaycanda oynayacağımız üçün xoşbəxtik. Yeganə mənfi cəhət yolçuluqla bağlıdı. Bakı-Roma yolunu heç kim istəmirdi. Səyahət uzun olsa da, bizim üçün problem deyil. Çünki biz Bakıda ev sahibi olacağıq".

Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq. "Ay-ulduzlular" "Skuadra Adzurra" ilə Romada, digərləri ilə Bakıda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest