"Bu klubda oynamaq mənim xəyalım idi". Matc.az xəbər verir ki, bunu ABŞ-ın II Liqa təmsilçisi "Feniks Rizinq"ə transfer olunan Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı hücumçu baş məşqçi Rik Şantzla danışdıqdan sonra bu komandaya keçməyi qərara aldığını söyləyib: "2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri bu ölkə futbolunu yaxından izləyirəm və çox böyük inkişaf görürəm. Burdakı həyəcanın bir hissəsi olmaq istəyirdim. Rik Şantzla söhbət etdikdən sonra "Feniks Rizinq" oynamaq istəyimi 100 faiz qətiləşdirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, qələbələrə kömək etməyi səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, Rüfət Dadaşov "Feniks Rizinq"ə Almaniyanın III liqa klubu "Proyssen"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest