Millimiz hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Feniks Risinq" komandasının baş məşçqisi Rik Şants klubun rəsmi saytına açıqlama verib. Matc az.xəbər verir ki, amerikalı mütəxəssisi Dadaşovdan komanyada faydalı olacağı vurğulayıb.

"Rüfət irəlidə top saxlamağı bacarır. Onun sürəti, boyu və fiziki gücü yerindədir. O, Almaniyada çox yaxşı bir liqadan gəlir. ümid edirəm ki, tez bir zamanda bizim liqya da uyğunlaşacaq"

Qeyd edək ki, Rüfət Dadaşov "Feniks Risinq"lə 1 illik müqavilə imzalayıb"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest