Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Mustafa Pektemek və Emircan Altıntaşı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mustafa Pektemek “Kasımpaşa”dan, Emircan Altıntaş isə “Ümraniyəspor”dan transfer olunub. Mustafa yeni klubu ilə 1,5, Emircan isə 4,5 illik müqaviləyə imza atıb.
 
Qeyd edək ki, Super Liqada uğurlu mövsüm keçirən “Alanyaspor” qış fasiləsinə 29 xalla 6-cı pillədə yollanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest