"Liverpul"un hücumçusu Aleksander İsak İsveç millisinin düşərgəsində zədələnib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, zədə ciddi xarakter daşımır. Buna baxmayaraq, hücumçu artıq İsveç yığmasının toplanışını tərk edib və bərpa prosesini "Liverpul"un həkimlərinin nəzarəti altında keçəcək.
Sentyabrın 25-də İsak Millətlər Liqasında Rumıniyaya qarşı keçirilən matçda (2:1) meydanda 90 dəqiqə qalıb və 20-ci dəqiqədə hesabı açıb. Lakin bu qarşılaşma zamanı hücumçu zədələnib və indi Millətlər Liqasında Polşa, Bosniya və Herseqovina, həmçinin Rumıniyaya qarşı növbəti üç oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, İsak yeni mövsümə uğurlu başlanğıc edib. O, "Liverpul"un heyətində keçirdiyi 7 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







_1790511525.jpg)





