İtaliya millisinin baş məşqçisi Roberto Mançini turnirdəki növbəti oyunlara daha yaxşı hazırlaşa bilmələri üçün Millətlər Liqasının II turunda Türkiyə ilə matçdan əvvəl komandanın 10 oyunçusunu məşq bazasında saxlamaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, söhbət Oneste Axanore ("Kristal Pelas"), Nikolo Barella ("İnter"), Dieqo Koppola ("Paris"), Samuele İnaço ("Borussiya", Dortmund), Eddi Kuadio ("Montsa"), Daniel Maldini ("Kalyari"), Canluka Mançini ("Roma"), Massimo Pessina ("Bolonya"), Samuele Riççi ("Komo") və Mohamed Ali Zomudan ("Nürnberq") gedir.

Qeyd olunduğu kimi, belə bir qərar Fransa ilə oyuna və Türkiyəyə qarşı cavab matçına daha yaxşı hazırlaşmaq məqsədilə qəbul edilib.

"Skudra Adzurra" Millətlər Liqasının elita divizionunda sentyabrın 28-də Türkiyə ilə qarşılaşacaq, daha sonra oktyabrın 2-də Fransa ilə görüşəcək və oktyabrın 5-də "ay-ulduzlular"a qarşı cavab oyununa çıxacaq.

Xatırladaq ki, turnirin start turunda Roberto Mançininin yetirmələri Belçika yığmasına məğlub olublar (0:2).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest