"Mançester Siti"nin sahibləri və rəhbərliyi klubun maliyyə fırıldaqları ilə bağlı 115 ittihamın əksəriyyətində təqsirli bilinməsindən sonra istefa vermək məcburiyyətində qala bilərlər.
Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" nəşrinin məlumat yayıb.
Bildirilir ki, hökumət nəzdində fəaliyyət göstərən Müstəqil Futbol Tənzimləmə Qurumu (IFR) məhkəmə qərarında adları çəkilən yüksək vəzifəli rəsmilərin fəaliyyətini "meyarlara uyğun olmayan" kimi dəyərləndirsə, bu "müstəsna tədbir" qüvvəyə minəcək.
Belə bir qərar dərhal sərt sanksiyaların tətbiqinə yol açacaq. Tənzimləyici qurum ya birbaşa hərəkətə keçəcək, ya da İngiltərə Premyer Liqasını rəhbər heyətə qarşı genişmiqyaslı daxili araşdırma aparmağa məcbur edəcək.
Xatırladaq ki, ötən ilin sentyabrında IFR Premyer Liqa klublarının sahibləri və direktorları üçün nəzərdə tutulan uyğunluq testinin yenilənmiş versiyasını rəsmən təsdiqləmişdi.













