Azərbaycan milli komandası Millətlər Liqasında D Liqasının II qrupunda Litva ilə səfərdə 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında iştirka edən millimizin baş məşqqçisi Ayxan Abbasov qarşılaşmanı dəyərləndirib.

Təcrübəli mütəxəssis ilk növbədə mübahisəli oyun epizodlarına toxunub və matçın mənəvi əhəmiyyətini önə çəkib:

"Penalti epizodu şübhəli idi. Epizodun əvvəlində Emil Səfərova qarşı kobudluq var idi. Hesabı bərabərləşdirəndən sonra üstünlüyü ələ aldıq. Komanda şəklində intizamlı oynadıq.

Azərbaycan xalqı üçün anlamlı bir gündə meydana çıxdığımızın fərqində idik. Qalib də gələ bilərdik. Amma uduzmamaq da vacib idi. İnşallah, qələbələr də gələcək".

Baş məşqçi komandanın əsas hədəflərindən və futbolçulardakı müsbət psixoloji dəyişikliklərdən də bəhs edib:

"Bu məqsəd üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Eyni zamanda milli komanda oyun planında daha da inkişaf etməlidir. Oyun baxımından artıq buna nail oluruq. İstədiyimiz oyunu sərgiləyirik.

Milli üzvlərində özünəinam formalaşıb. Zamanla daha da yaxşı olacağıq. Lixtenşteynlə növbəti matçda qələbə üçün oynayacağıq".

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest