"Yuventus" Fikayo Tomori, David Raum və Mateo Kovaçiçin çıxışını yaxından izləyir.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, hər üç futbolçunun müqaviləsi 2027-ci ilin yayında başa çatır, bu səbəbdən Turin klubu onları azad agent kimi heyətinə qatmaq imkanlarını araşdırır.

Müdafiə xəttini gücləndirmək istəyən "Yuventus" "Milan"dan Tomorini namizədlər sırasına daxil edib. İngiltərəli oyunçunun transferi turinlilərin Federiko Qattini satacağı təqdirdə xüsusilə aktual variant ola bilər.

Klub həmçinin "Leypsiq"in sol müdafiəçisi və kapitanı Raumla da maraqlanır, lakin onun Almaniya təmsilçisi ilə müqaviləni yeniləmək ehtimalı hələ də qalır.

Yarımmüdafiə xətti üçün isə "Yuventus" "Mançester Siti"dən Kovaçiçi bəyənir. Turinlilər 32 yaşlı xorvatiyalının komandaya təcrübə və texniki ustalıq qazandıracağına inanırlar.

Hazırda bu transferlər üzrə hər hansı danışıqlar aparılmır, klub sadəcə gələcək planlar üçün mövcud variantları dəyərləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest