Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi polşalı hücumçu Kamil Vilçeki transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu yeni klubu ilə 1.5+1 illik müqaviləyə imza atıb.
 
Vilçek son olaraq Danimarkanın “Brondbü” klubunun formasını geyinib. O, daha öncə İspaniyanın “Oradada”, “Elçe”, İtaliyanın “Karpi” klublarında da legioner həyatı yaşayıb. Ölkəsində isə “Pyast” və “Zaqlembe” klublarının uğurları üçün çalışıb. Təcrübəli forvard vaxtilə Polşa yığmasında da 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest