PSJ Edinson Kavanin komandadan ayrılmaq istəməsinin ardından "Monako"da forma geyinən İslam Slimanini heyətinə qatmaq istəyir.

Matc.az xəbər verir ki, əlcəzairli oyunçu son vaxtlarda "Monako"da əsas heyətdən uzaq düşüb. Təcrübəli futbolçunun Paris təmsilçisinə keçməyə yaxın olduğu bildirilir. Slimani ötən il icarə əsasında "Fənərbaxça"da çıxış edib.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Monako"da 14 oyuna 7 qol və eyni sayda məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest