AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında ölkə çempionatının V turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında ölkə çempionatının V turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən "Kəpəz" – “Qəbələ” oyununda Gəncə təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunub. Bu hal cari mövsümdə artıq ikinci dəfə təkrarlandığı üçün "Kəpəz" klubu 5000 manat məbləğində cərimə edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest