Pierre-Emerik Obameyanq karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, qabonlu futbolçu "Barselona"nın maraq dairisinə düşüb.
 
Kataloniya təmsilçisi  Luis Suarezin zədələnməsindən sonra "Arsenal"ın forvardını heyətinə qatmaq niyyətindədir. Ancaq İngiltərə mətbuatı bu transferin gerçəkləşməsinin çətin olduğunu yazır. Buna səbəb qabonlu futbolçunun qiymətinin çox olduğu göstərilib. Kataloniya təmsilçisi isə hücumçunu mövsümün sonuna qədər icarə əsasında rənglərinə bağlamaq istəyir. 
 
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm komandası ilə 30 oyuna çıxıb və 19 qol vurub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest