PSJ-nin və Fransa millisinin sabiq üzvü Hatem Ben Arfanın yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İspaniyanın “Valyadolid” klubuna transfer olunub.
 
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ben Arfa ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
 
Karyerası ərzində “Olimpik” (Lion), “Olimpik” (Marsel), PSJ, “Nyukasl” kimi klublarda çıxış edən Arfa, Fransa millisində də 15 oyun keçirib. Yarımmüdafiəçi 2019-cu ilin yayından işsiz idi.
 
Qeyd edək ki, “Valyadolid”in rəhbəri Braziliya yığmasının əfsanəvi hücumçusu Ronaldodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest