13 Fevral 2020, 19:43
                
                
                
                                TOP OYUNLARI 
                                
                
               
              
				  
 
	Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunlarının başlama günü və keçirilmə yeri dəqiqləşib. Matc.az xəbər verir ki, fevralın 15-də və 16-da təşkil olunacaq görüşlər ilk dəfə paytaxtdan kənarda baş tutacaq.
	Qərara əsasən, mövsümdə ilk dəfə matçlar Qubada olacaq. Bununla da bölgələrdə voleybolun inkişafına təkan verəcək təbliğata start verilir. Əsas məqsəd əyalətdəki gənclərə idmanın bu növünü sevdirmək, asudə vaxtlarında voleybola cəlb etməkdi. Qarşıdakı turlarda ölkənin digər bölgələrində də oyunlar keçirmək planlaşdırılır.
	Qubada qarşılaşmalara Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzi ev sahibliyi edəcək. Fevralın 15-də də günə məhz UNEC-in oyunu ilə start veriləcək. Onlar "Azərreyl"i sınağa çəkəcəklər. Ardınca "Murov"la "Abşeron" üz-üzə gələcək.
	Ertəsi gün "Abşeron" UNEC-lə, "Azərreyl" "Murov"la qarşılaşacaq.
	Görüşlər saat 16:00-da və 18:00-da start götürəcək.
	Azərbaycan Super Liqası
	15 fevral
	16:00. UNEC – "Azərreyl"
	18:00. "Murov" – "Abşeron"
	16 fevral
	16:00. "Abşeron" - UNEC
	18:00. "Azerreyl" – "Murov"
				
         	
                                             
               
 
             
 





_1761908608.jpg)


_1761905491.jpg)






