İspaniya milli komandası Millətlər Liqasının matçında İngiltərə yığmasını 3:2 hesabı ilə məğlub edərək məğlubiyyətsizlik seriyası üzrə öz rekordunu yeniləyib.

Matc.az xəbər verir ki, Londondakı "Uembli" stadionunda baş tutan qarşılaşmadan sonra ispanların məğlubiyyətsiz oyunlar seriyası 39 matça çatıb.

Bu uğurlu gedişat 2024-cü ilin mart ayından bəri davam edir. Qeyd olunan statistikaya penalti seriyaları və yoldaşlıq görüşləri daxil edilmir.

İspaniya seçməsi dünya çempionatının finalında argentinalılara əlavə vaxtda qalib gəldikdən (1:0) sonra İtaliya millisinin rekordunu geridə qoyub. İtaliyalılar keçmiş baş məşqçiləri Roberto Mançininin rəhbərliyi altında 2018-ci ildən 2021-ci ilə qədər 37 qarşılaşmada məğlubiyyət acısı dadmamışdılar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest