Braziliyalı əfsanəvi keçmiş futbolçu Roberto Karlos karyerası ərzində qazandığı böyük sərvəti necə itirdiyini açıqlayıb.
Braziliyalı əfsanəvi keçmiş futbolçu Roberto Karlos karyerası ərzində qazandığı böyük sərvəti necə itirdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb.
Portuqaliyada təşkil olunan paneldə çıxış edən 53 yaşlı sabiq müdafiəçi menecerləri və ailəvi məsələlər ucbatından maddi sıxıntılarla üzləşdiyini bildirib. Roberto Karlos gələcəyini planlaşdırmasına baxmayaraq, sərvətinin böyük hissəsini itirdiyini etiraf edib:
"Hesabımda heç nə qoymayan insanlarla problemlər yaşadım. Menecerlər və ailəvi məsələlər üzündən futbolda qazandığım hər şeyin yüzdə 99-unu itirdim. Səhvlər etdim, buna görə də gənclərə eyni səhvləri etməmələrini söyləyirəm".
Həyatının dönüm nöqtəsindən bəhs edən əfsanəvi oyunçu keçmiş meneceri və ailəsi ilə bağlı yaşadığı ağır problemlərə diqqət çəkib:
"Keçmiş menecerimlə çox ciddi bir problem yaşadım. Ailəmlə bağlı da son dərəce ağır bir problemim vardı. Cümə axşamı gecəsi saat 00.00-da yatdım. Cümə günü isə varlığından belə xəbərdar olmadığım bir yığın sənəd əlimə çatdı. Bax, o anda bütün keçmişimi itirdim".
Sabiq futbolçu daha sonra yaxınlarının köməkliyi ilə maliyyə vəziyyətini və ailə həyatını yenidən qaydaya salmağı bacardığını sözlərinə əlavə edib.













