"Çünki o komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. Çalışacağıq ki, bizə yaradılan bu şərait fonunda etimadı tam doğruldaq"
				  
 
"Komandanın çıxışından çox razı qaldım. Avropa çempionatında 2 qızıl, 4 bürünc medal çox yaxşı nəticədir".
	Matc.az xəbər verir ki, bu fikirləri İtaliyanın paytaxtı Romada 6 medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib. Rusiyalı mütəxəssis Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin əsas olduğunu vurğulayıb:
	"Olimpiadaya bacardığımız qədər çox vəsiqə əldə etməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edib Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyevə dərin minnətdarlığımı bildirirəm. çünki o komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. çalışacağıq ki, bizə yaradılan bu şərait fonunda etimadı tam doğruldaq".
	Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
				
         	
                                             
               
 
             
 




_1761905491.jpg)










