“Leyptsiq”in idman direkktoru Oliver Mintzlaf Timo Vernerin gələcək karyerası isə bağlı danışıb. Matc.az xəbər verir ki, klub rəsmisi almaniyalı futbolçunun komandada xoşbəxt olduğunu bildirib.

Mintzlaff onun haqda hər zaman belə söz-söhbətlərin çıxdığını ancaq futbolçularını satmağı düşünmədiklərini qeyd edib.

23 yaşlı hücumçunun bir müddətdir “Liverpul”a keçəcəyi söylənir. Verne özü də daha öncə verdiyi açıqlamada Kloppla çalışmaq istədiyini gizlətməmişdi.

Qeyd edək ki, almaniyalı forvard bu mövsüm Bundesliqada 22 oyunda 20 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest