"Real" yeni transferi Reyneri ictimaiyyətə təqdim edib. Matc.az xəbər verir ki,  Madrid təmsilçisi18 yaşlı yarımmüdafiəçini Braziliyanın  "Flamenqo" klubundan heyətinə qatıb. "Kral klubu" oyunçu üçün qarşı tərəfə 30 milyon avro ödəyib.
 
Qeyd edək ki, Reynerin “Real”ın ikinci komandası olan "Kastilya"da oynayacağı bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest