"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 27-ci turunda "Vest Hem" üzərində qazanılan qələbəni (3: 2) şərh edib. Matc.az xəbər verir ki, almaniyalı mütəxssis ardıcıl 18 oyun qələbə qazanaraq "Mançester Siti"nin rekordunun qırılması barədə də danışıb:

"Oyuna belə başlamağımız çox xoşuma gəldi. Gözəl bir qol vurduq. Ancaq son zərbələrdə çox yaxşı deyildik. Bunu daha yaxşı etmək lazımdır. Hücumda itirilən toplar bizim üçün çətinlik yaratdı. İlk yarıda etdiklərimizlə biraz sakitləşdik. Atdığımız qolların hamısı qəribə alındı. Vurduğumuz ən yaxşı qol sayılmadı, çünki Mane ofsaydda idi. özümüzü sıxmaq məcburiyyətində qaldıq və bu gecə üç xal qazanmaq üçün hər şeyi etdik. Bir çox cəhətdən daha yaxşı ola bilərik. Əlimizdə olanın ən yaxşısını etməyə çalışırıq. Göstərdiyimiz performansdan məmnunam. Elə bilirdim ki, "Mançester Siti"nin rekordu heç vaxt təkrarlanmayacaq. Bunu etdiyimizə inana bilmirəm. Hesabı bərabərləşdirəndə stadion möhtəşəm idi və bu bizə kömək etdi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest