"Futbolçular təzyiqə baxmayaraq, yaxşı oyun göstərdilər və qalib gəldik. Keçən oyunda da yaxşı çıxış etmişdik, amma qələbə qolunu vura bilmədik. Bu halda da, rəqib toparlanır. Rəqib səhvdən yararlanıb qol vurmuşdu. Futbolçulara bu oyun üçün təşəkkür edirəm. Bütün həftə boyu ciddi yanaşdılar"

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Hesab oyunun asan olduğunu bildirməsin. çətin oyun oldu, xüsusilə ilk hissədə oyunun belə olacağını bilirdik və belə hazırlaşmışdıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar və xarakter göstərdilər. Güclü, yaxşı komandaya qarşı oynayacağımızı bilirdik. Futbolçular təzyiqə baxmayaraq, yaxşı oyun göstərdilər və qalib gəldik. Keçən oyunda da yaxşı çıxış etmişdik, amma qələbə qolunu vura bilmədik. Bu halda da, rəqib toparlanır. Rəqib səhvdən yararlanıb qol vurmuşdu. Futbolçulara bu oyun üçün təşəkkür edirəm. Bütün həftə boyu ciddi yanaşdılar. Hər həftə belə hazırlaşırlar, amma qol vura bilməyəndə, təzyiq artır.
 
Futbolçuların göstərdiyi çıxışı çox bəyənirəm. Komanda daxilində heç bir problemimiz yoxdur. Nə gərginlik, nə atmosferin pis olması halı yoxdu. Futbolçulara nə tapşırıq verilirsə, sevərək yerinə yetirirlər. 
 
Aqil Məmmədovun vəziyyəti hazırda stabildi. Onun yanında idim. Həkimlər qoldan sonra sıxıntı olduğunu dedilər. Hazırda evə yollandı. Həkim müayinəsindən keçdikdən sonra dəqiq bir şey biləcəyik. Şükür ki, hazırda ciddi heç nə yoxdu. "Forza Neftçi" bizi 90 dəqiqə dəstəklədi və onlara təşəkkür edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest