Dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası Fransa çempionu PSJ-yə də ciddi təsir göstərib.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisi məşqləri dayandırmağa qərar verib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, bazar günündən etibarən, klubun bütün komandaları məşqləri dayandırıblar. Yaranmış vəziyyət klub rəhbərliyi tərəfindən martın 18-də bir daha müzakirə olunacaq və yekun qərar çıxarılacaq.
 
Qeyd edək ki, koronavirus pandemiyası artıq Fransada da yayılmağa başlayıb. Hətta bir neçə futbolçunun bu virusa yoluxduğu rəsmən açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest