Mövsüm sonunda "Fənərbaxça"dan göndəriləcək Alper Potuk ölkəni tərk etməyəcək. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, qışda Alperi "Konyaspor"la "Rizəspor" heyətinə qatmaq istəsə də, futbolçu iki komandayla da razılaşmamışdı. Növbəti mövsüm İstanbul təmsilçisi ilə vidalaşacaq olan oyunçunun xidmətində "Göztəpə" də maraqlıdır. Ancaq Potuk İzmir təmsilçisinin də təklifini geri çevirib.

28 yaşlı yarımmüdafiəçi karyerasını İstanbulda davam etdirmək qərarına gəlib. Buna səbəb onun atasının bu şəhərdə müalicə almasıdır. O, "Fənərbaxça"dan ayrılsa belə, İstanbul klublarının təklifini nəzərdən keçirəcək.

Qeyd edək ki, Türkiyə millsinin sabiq üzvünün adı qışda "Qarabağ"la da hallanırdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest