“Vulverhempton” millimizin üzvü Renat Dadaşovu göndərməyə hazırlaşır. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçunu icarəyə vermək niyyətindədir.

Məlumata görə, klub rəhbərliyi əsas heyətə düşə bilməyən Renatı inkişaf etməsi üçün başqa bir kluba göndərəcək. Dadaşovun komandanın qolcusu Raul Ximenesə rəqib ola biləcəyi inandırıcı deyil. Buna görə də məşqçilər heyətinin mövsüm sonunda 21 yaşlı futbolçunu icarəyə verməyi düşündüyü bildirilir.

Qeyde edək ki, Renat Dadaşov ötən ilin ikinci 6 ayını icarə əsasında "Pakuş Fereyra"da keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest