Koronavirus pandemiyasına görə dayandırılmış Almaniyanın əsas və 2-ci Bundesliqasının aqibətinə aprelin 23-də aydınlıq gələcək.
 
Matc.az xəbər verir ki, bu barədə Almaniya Klublar Birliyinin (DFL) rəsmi saytı məlumat yayıb.
 
Həmin gün bütün klubların iştirakı ilə toplantı keçiriləcək. Məhz həmin toplantında Almaniyanın əsas futbol çempionatlarının taleyi ilə bağlı yekun qərar çıxarılacaq. Əvvəlcə bu videokonfransın aprelin 17-də keçirilməsi nəzərdə tutulmuşdu. Amma son açıqlamaya görə, klublara daha çox zaman vermək üçün yekun qərar aprelin 23-nə saxlanılıb.
 
Xatırladaq ki, bir neçə gün öncə DFL prezidenti Kristian Seyfert Bundesliqada qalan oyunların mayın 28-dən etibarən bərpa olunacağını və iyunun sonuna qədər bitirmək istədiklərini bəyan etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest