İngiltərə Premyer Liqasında mübarizə aparan klublar müqaviləsi bu il iyunun 30-da başa çatacaq futbolçularla bağlı qərarını verib.
 
Matc.az xəbər verir ki, klublar həmin futbolçularla müqavilənin müddətini bu mövsüm başa çatana kimi uzatmaq hüququ qazanıblar.
 
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Açıqlamada hökumətin iyunun 1-dən futbol turnirlərinin keçirilməsinə icazə verdiyi və Premyer Liqa rəsmilərinin bu mövsümün bərpası üçün çalışdığı vurğulanıb. Belə olan halda müqaviləsi iyunun 30-na qədər olan futbolçularla bağlı hansı qərarın veriləcəyi maraqla gözlənilirdi. Artıq Premyer Liqa rəhbərliyi FİFA-nın da tövsiyələrini nəzərə alaraq, həmin oyunçuların avtomatik olaraq mövsümün başa çatacağı tarixə qədər oynadıqları klubda qalmasına dair qərar qəbul edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest