Dç-2022-yə ev sahibliyi edəcək Qətər mundialın təşkil olunacağı arenalarla bağlı işlərin 80 faizinin tamamlandığını açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Qətərin hökumət nümayəndəsi Hasan ez-Zuvadi məlumat verib.
 
O, koronavirus pandemiyasına görə son aylarda işlərin zəiflədiyini də etiraf edib:
 
"Dünya çempionatının oyunlarına ev sahibliyi edəcək stadionların 80 faizindən çoxu mundiala 2 il qalmış hazırdı. Koronavirus pandemiyası ilə əlaqədar son aylarda işlər bir qədər səngisə də, yenə bol vaxtımız var". 
 
Qeyd edək ki, Dç-2022 21 noyabr-18 dekabr aralığında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest