"Sabah" "Qarabağ" və "Neftçi" kimi tanınmır. Baş məşqçi buuraya gələndə yaxşı fürsət əldə etdi və məni də yanına gətirdi"

 

 "Sabah" komandasının məşqçisi Marko Lozo "Slobodnadalmacija" nəşrinə müsahibə verib. Matc.az xəbər verir ki,  32 yaşlı mütəxəssis ölkədəki karantin rejiminin bir az yumşaldığını bildirib:

"Azərbaycanda koronavirusa yoluxmanın çox olduğunu düşünmürəm. çempionatın nə vaxt başlayacağını bilmirik. Azərbaycan güclü futbol ölkəsidir, klublar çempionlar Liqası və Avroliqa uğrunda mübarizə aparırlar".

Jelko Sopiçin köməkçisi futbolçuların məşqlərini izlədiklərini də sözlərinə əlavə edib: "Sabah" "Qarabağ" və "Neftçi" kimi tanınmır. Baş məşqçi buuraya gələndə yaxşı fürsət əldə etdi və məni də yanına gətirdi. Noyabrdan etibarən 6 oyunda yaxşı çıxış etsək də, iki ayda hər şey kəskin şəkildə dayandırıldı".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. Jelko Sopiç və Marko Lozo 2019-ci ilin noyabrın 26-da "Sabah"ın baş məşqçisi təyin olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest