“Spartak”da mükafat “Dinamo”dakından xeyli çox idi. Orada qələbə üçün 500, “Dinamo”da isə 250 dollar verirdilər"

“Bizim vaxtımızda maaşlar az idi, bonuslar hesabına yaşayırdıq”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov  "championat.com" saytına açıqlamasında deyib. O, “Spartak” (Moskva) və “Dinamo” (Moskva) klublarındakı qazancından danışıb:

“Spartak”da mükafat “Dinamo”dakından xeyli çox idi. Orada qələbə üçün 500, “Dinamo”da isə 250 dollar verirdilər. Ancaq maaşlar ikisində də eyni idi– 2-3 min rubl. Biz indikilər kimi böyük pullar almırdıq”.

Qeyd edək ki, Qasımov hər iki paytaxt klubunda oynadığı 1992-ci il mövsümündə vurduğu 16 qolla Rusiya çempionatının bombardiri olub. O, daha sonra İspaniyanın “Betis”inə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest