"Real" yarımmüdafiəçisi Kasemiro ilə müqavilə müddətini uzadıb. Matc.az "Marca"ya istiandən xəbər verir ki, braziliyalı futbolçu daha üç il Madrid təmsilçisində çıxış edəcək.

Məlumata görə, rəhbərlik 28 yaşlı oyunçu ilə bir neçə ay öncə anlaşıb. Lakin rəsmi açıqlama hələ verilməyib. Təərflər arasında müqavilənin imzalandığı bildirilir. Yarımmüdafiəçi 2023-cü ilə qədər "Real"ın formasını geyinəcək.

Qeyd edək ki, Kasemiro cari mövsüm La Liqada 25 oyunda çıxış edib ə 3 qol vurub.        

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest