İngiltərənin “Everton” klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Jan-Filipp Qbamin zədələnib.
 
Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 
 
Məşqdə zədələnən 24 yaşlı yarımmüdafiəçi növbəti həftə əməliyyat olunacaq. Qbaminin 2020-ci ildə yaşıl meydanlara qayıda bilməyəcəyi vurğulanıb.
 
Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest