Futbol üzrə Estoniya çemponatında 4-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Kuressaare" ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
 
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb.
 
Qeyd edək ki, "Narva Trans" 10 komandalı çempionatda 4 turdan sonra 1 xalla sonuncu pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest