İtaliyanın “Fiorentina” klubunun baş məşqçisi Cüzeppe Yakinidə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin prezidenti Rokko Kommisso yerli mətbuata açıqlamasında məlumat verib.
 
O, 56 yaşlı mütəxəssisdən götürlən analizlərin müsbət nəticə verdiyini açıqlayıb. Klub prezidenti baş məşqçiyə hər cür dəstəyin göstərildiyini də diqqətə çatdırıb.
 
Qeyd edək ki, “Fiorentina”da daha öncə futbolçularda və klub çalışanlarında da koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest